AGBank xalis mənfəəti 54,5% artırıb
"AGBank" ASC 2012-ci ilin 3 rübündə vergi ödənilənə qədər 3,39 mln manat xalis mənfəət əldə edib. Bu, bir il əvvəlkindən 54,5 çoxdur. Bankın gəlirləri 8,7% artaraq 34,94 mln manat, xərcləri 2,9% azalaraq 29,04 mln manat olub.
Yanvar-sentyabrda aktivlər 8,9% artaraq 342,53 mln manat təşkil edib. Verilən kredit həcmi 22% artaraq 233,09 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 276,55 mln-dan 299,24 mln manata artıb. Depozit portfeli 15,6% genişlənərək 214,61 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 15,1% artaraq 149,65 mln manat olub.
Balans kapitalı 43,28 mln manata çatıb. Məcmu kapital 13,2% artaraq 40,35 mln manat, ödənilmiş nizamnamə fondu 7,5% artaraq 21,5 mln manat olub. --15B--
-
- İqtisadiyyat
- 6 Noyabr 2012 12:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz