NBCBank xalis mənfəəti iki dəfə artırıb
"NBCBank" ASC 2013-cü ilin 3 rübünün yekununda vergi ödəniləndən sonra 4,06 mln manat xalis mənfəət əldə edib. Bu, 2012-ci ilin eyni dövründəkindən 2 dəfə çoxdur. Bankın gəlirləri 11,36 mln manat, xərcləri 7,57 mln manat olub. Onlar 25% və 4,1% artıb.
Aktivlər yanvar-sentyabrda 23% artaraq 105,77 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 19,7% artaraq 83,73 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 61,74 mln-dan 72,3 mln manata artıb. Depozit portfeli 27,5% genişlənərək 50,65 mln manat, o cümlədən müddətli müştəri əmanətləri
22,6% artaraq 45,46 mln manat olub.
Balans kapitalı 33,47 mln manata çatıb. Məcmu kapital 39,3% artaraq 32,21 mln manat, ödənilmiş nizamnamə fondu 36% artaraq 26,54 mln manat olub. --15B--
-
- Siyasət
- 7 Noyabr 2013 14:01
-
- İqtisadiyyat
- 7 Noyabr 2013 14:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz