
«NBCBank»ın ziyanı 1 mln 415 min manata çatıb
2016-cı ilin 3-cü rübündə «NBCBank»ın aktivləri ilin əvvəlinə nisbətən 40,6% (271 mln manat) artaraq 938 mln manata çatıb.
Turan-ın məlumatına görə, hesabat dövründə bankın öhdəlikləri 35 mln 656 min manat (27,4%) azalaraq 94 mln 237 min manat təşkil edib.
«NBCBank»ın depozitləri 32 mln 912 min manat (32,6%) azalaraq 67 mln 835 min manat olub.
Bankın kapitalı 53 mln 203 min manata (artım 42,3% - 15 mln 834 min manat) çatıb.
Bankın ziyanı 1 mln 415 min manat təşkil edib. 71D
-
- Cəmiyyət
- 23 Noyabr 2016 17:54
-
- İqtisadiyyat
- 24 Noyabr 2016 10:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz