Neft Fondu Avstraliyada $350 mln-a bina alacaq
Dövlət Neft Fondu “MACQUARIE Group” investisiya bankının Sidney ofisini almaq üçün danışıqlar aparır. Bu barədə virtualaz.org “The Australian” nəşrinə istinadən məlumat verir.
İnformasiyaya əsasən, bank tarixi binanı satışa çıxarıb və alıcılar arasında ARDNF də var.
Azərbaycan tərəfi bina üçün 350 milyon təklif edir..
MACQUARIE Group” öz ofisini satmaq planlarını bu ilin əvvəllərində açıqlayıb. Bu vaxt AR DNF-nin rəhbəri Şahmar Mövsümov “The Wall Street Journal” qəzetinə fondun Avstraliyada kommersiya təyinatlı daşınmaz əmlaka investisiya yatırmaq planlarını açıqlayıb. O vaxtdan 34,5 milyard dollarlıq aktivlərə malik ARDNF ilin əvvəllərindən etibarən Avstraliyanın daşınmaz əmlak bazarını araşdırır.
Nəşr qeyd edir ki, “MACQUARIE Group”un ofisin yerləşdiyi bina tarixi əhəmiyyət daşıdığı üçün binanı alıb icarəyə vermək istəyənlərə yerli hakimiyyət tərəfindən sərt şərtlər qoyulur.
Qeyd edək ki, hazırda kommersiya təyinatlı daşınmaz əmlaka investisiya qoymaq əlverişli sayılır. Buna qədər Azərbaycan Dövlət Neft Fondu Londonda 177 milyon funt-sterlinqə, Parisdə isə 135 milyon avroya iki tarixi bina alıb.–0--
-
- İqtisadiyyat
- 7 Noyabr 2013 10:34
-
- İqtisadiyyat
- 7 Noyabr 2013 10:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz