Neft hasilatını sabitləşdirmək olmur
2013-cü ilin I rübündə Azərbaycanda 10,8 mln ton neft və kondensat, 4,4 mlrd m3 əmtəəlik qaz çıxarılıb. Dövlətstatkoma görə, ötən illə müqayisədə neft istehsalı 4,6%, qaz istehsalı 4,8% azalıb.
DSK-ya görə, hesabat dövründə qeyri-neft sektorunda sənaye məhsuulu istehsalının həcmində artım 2,9%, neft sənayesində azalma 2,9% olub.
Bu ilin I rübündə istehsal həcminin 75%-i hasilatın, 18,4%-i emalın, 6,1%-i elektrik, qaz, buxar istehsalı və bölgüsünün, 0,5%-i su təchizatı, təmizlənməsi və tullantıların emalının payına düşüb.
Hökumət məmurları hasilatın sabitləşdiyini bildirsələr də, 2010-cu ilin III rübündən başlayan azalma davam edir.
Maraqlıdır ki, ölkə prezidenti BP şirkətinə qarşı iddialardan əl çəkib. İlk iradlar ötən ilin oktyabrında səslənib. Bu ilin martında prezident Əliyev bildirdi ki, BP ilə münasibətlər hər zaman yaxşı olub.
* Hökumətin proqnozuna əsasən, 2013-cü ildə Azərbaycanda 43,2 mln ton neft və 17,5 mlrd m3 əmtəəlik qaz hasil ediləcək. --12В--
-
- İqtisadiyyat
- 17 Aprel 2013 14:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz