Pensiyalar elektron formatda təyin ediləcək
İlin II yarısından pensiyalar elektron formatda təyin ediləcək. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun sözlərinə görə, proqram təminatı hazırdır. Yeni metoda keçmək üçün vətəndaşlar əmək kitabçalarındakı məlumatları təsdiq etmək üçün DSMF yerli şöbələrinə müraciət edə bilərlər.
Hazırda 1 yanvar 2006-cı ilə kimi olan məlumatlar sistemləşdirilir. Demək, 2 mln 435 min icbari sığorta ödəyicisinin 28%-nin məlumatları sistemə daxil edilib. Pensiyaların baza hissəsinin 15-20% artırılması ilə bağlı Müslümov deyib ki, maliyyə ehtiyatları tam formalaşmalıdır. İş aparılır və əlavə məlumat veriləcək.
Ölkədə əmək pensiyalarının baza hissəsi 85 manatdır. Ötən il orta əmək pensiyası 152 manat (+4,9%), yaşa görə əmək pensiyası 168 manat (+42,5%) olub. --17D--
-
- İqtisadiyyat
- 17 Aprel 2013 14:53
-
- İqtisadiyyat
- 17 Aprel 2013 14:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz