Neft sektoruna investisiyalar 40% artıb
2013-cü ilin I rübündə Azərbaycanda neft sektoruna 1078,9 mln manat vəsait qoyulub. Bu, 2012-ci ilin eyni dövründəkindən 39,9% çoxdur. Bu barədə Dövlətstatkomun aylıq hesabatında bildirilir.
Hesabat dövründə investisiyalarda neft sektorunun payı 37,2% olub.
Dövlətstatkomun məlumatında deyilir ki, 2013-cü ilin martında Azərbaycanın neft sektoruna birbaşa investisiyalar bütün sərmayələrin 30,8%-i qədər olub.
Qeyd edək ki, 2012-ci ildə neft sektoruna bütün investisiyaların 23,8%, 2011-ci ildə 23,2%, 2010-cu ildə 30,3%, 2009-cu ildə 27%, 2008-ci ildə 30,9%-i qoyulub. --12D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz