- İqtisadiyyat
- 16 Avqust 2013, 16:21
- 143
Neft sektorunda 0,3% azalma var
Avqustun 1-i üçün ölkədə sənaye istehsalı həcmi 19 mlrd 621,3 mln manat (ötən ilin eyni dövrü ilə müqayisədə + 0,4%) olub.
Dövlətstatkom (http://stat.gov.az/admin/news.php?id=1913) bildirir ki, 7 ayda qeyri-neft sektorunda istehsal həcmi 3 mlrd 898,8 mln manat (+3,4%) olub. Qalanı neft sektorudur (- 0,3%).
Bunun 74,2%-i hasilat, 19,9%-i emal, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, 0,6%-i su təchizatı, təmizləmə və tullantı emalıdır.
Hasilat sahəsində azalma 0,8% olub. Neft hasilatı 25,5 mln ton, əmtəəlik qaz istehsalı 10,3 mlrd m3 olub.
Emal sahəsində istehsal 8% artıb. Qida istehsalı 3,2%, içki istehsalı 8,3%, dəri və dəri məmulatı 36,5%, kağız və karton 2%, poliqrafiya məhsulları 1,7 dəfə, neft məhsulları 9,4%, kimya məhsulları 12,7% artıb.
Avtomobil və qoşqu istehsalı 1,9 dəfə, kompüter və başqa avadanlıqlar istehsalı 43,1%, tikinti materialları 22,5%, metallurgiya məhsulları 11,4%, elektrik avadanlığı 14,7%, nəqliyyat vasitələri 2,2 dəfə, mebel istehsalı 4,2% artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı və bölgüsündə 0,1%, su təchizatı, təmizləmə və tullantı emalında 8,9% artım olub. --17D—
-
- Siyasət
- 16 Avqust 2013 16:17
-
- İqtisadiyyat
- 16 Avqust 2013 16:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz