Neft ucuzlaşdığı üçün ÜDM-də neft-qaz sektorunun payı azalıb
2015-ci ilin yanvarında Azərbaycanda cari qiymətlərlə 3,6 mlrd manatlıq ümumi daxili məhsul istehsal edilib, deyə Dövlətstatkomda Turan-a bildirblər. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 mlrd manat və ya 18,2% azdır.
DSK-nın hesablamasına görə, istehsal sahəsində natural artım hesabına ÜDM 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4% artım olub.
Qeyri-neft sektorunda ÜDM 5,5%, neft-qaz sektorunda 3,1% artıb.
ÜDM strukturunda sənayenin xüsusi çəkisi 34% olub. Bu, 2000-ci ilin əvvəllərindəki neft bumundan sonra ən aşağı göstəricidir.
Sənayenin əsas hissəsi neft qaz sahəsidir. ÜDM strukturunda sənayenin xüsusi çəkisinin azalması ilk növbədə neftin ucuzlaşması ilə bağlıdır. —08D—
-
- Siyasət
- 16 Fevral 2015 11:19
-
- İqtisadiyyat
- 16 Fevral 2015 11:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz