- İqtisadiyyat
- 14 Oktyabr 2014, 12:51
- 137
Neftin ucuzlaşması hələ ARDNŞ-nin investisiya proqramına təsir etməyib
Dünya bazarında neftin qeyri-sabit qiyməti hələ ARDNŞ-nin investisiya proqramına təsir etməyib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə belə deyib.
Onun sözlərinə görə, gəlirlər proqnozlaşdırılanda qiymətin düşməsi də nəzərə alınıb.
“ARDNŞ-nin xərcləri və investisiya proqramı neftin qiymətinə uyğun korrektə edilir”, - deyə o bildirib.
Qeyd edək ki, 3 aydır dünya bazarında neftin qiyməti düşür. 14 oktyabr üçün Nyu York əmtəə birjasında neft fyuçersləri noyabr üçün 0,77% qalxaraq barrel üçün USD 85,08-a satılır, deyə investing.com bildirir. –12D—
-
- Siyasət
- 14 Oktyabr 2014 13:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz