Nəqliyyatda vergilər dəyişir
Prezident aprelin 6-da Nazirlər Kabinetinə tapşırıb ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə vergi ödənilməsi qaydalarının təkmilləşdirilməsi üzrə təkliflərini hazırlayıb təqdim etsin.
Üç ay müddətinə hökumət həmçinin həmin qaydaların pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi ilə əlaqədar təkliflərini hazırlamalıdır.
Dünəın dövlət başçısı “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərman imzalayıb. Sənədə əsasən, sərnişin və yük daşımaları qaydalarının icrasına nəzarəti Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi həyata keçirməlidir.
Hazırda sərnişin və yük daşımalarında sadələşdirilmiş vergi tətbiq edilir. Sərnişin daşımalarında taksilərdən 1 oturacağa görə ayda 9 manat, avtobuslardan 1,8 manat, yük avtomobillərində yük qabiliyyətinin hər tonuna görə 1 manat vergi alınır. 08D
-
- İqtisadiyyat
- 7 Aprel 2016 13:32
-
- Cəmiyyət
- 7 Aprel 2016 13:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz