- İqtisadiyyat
- 12 Dekabr 2014, 11:18
- 169
Nikoil Bank ExpressPay ödəmə sisteminə qoşularkən, ödəmə məntəqələrinin sayını artırdı.
Nikoil Bank müştəri məmnuniyyətini əsas tutaraq daha bir xidməti istifadəyə verdi. Belə ki, artıq Nikoil Bank müştəriləri ExpressPay ödəmə sistemi vasitəsilə kredit borclarını ödəyə biləcəklər.
Qeyd edək ki, hazırda bu ödəmə sistemi 110 ödəmə məntəqəsində yerləşir. Sistem müştərilərə qısa müddətdə ödəməni həyata keçirməyə kömək olacaq. Sadəcə aşağıdakı sadə mərhələləri ardıcıllıqla etmək kifayətdir.
Hörmətli müştərilər, hesab nömrəsi və PİN kodu (Şəxsiyyət Vəsiqəsinin sondan birinci simvol çıxmaqla ilk 7 simvol) daxil edin. Növbəti səhifələrdə ödəniləcək məbləği daxil edirsiniz və İRƏLİ düyməsini basaraq ödəməni həyata keçirə bilərsiniz. Ödəmə bitdikdən sonra çeki götürməyi unutmayın.
Nikoil Bank müştərilərinə Bakı və eyni zamanda Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən 21 satış məntəqəsində xidmət göstərir. Bank xidməti və məhsulları barədə ətraflı məlumatı Nikoil Bankın rəsmi səhifəsində www.nikoil.az və ya (012) 981 qısa nömrəsinə zəng edərək öyrənə bilərsiniz.
Bankın rəsmi Facebook səhifəsi: https://www.facebook.com/bank.nikoil?ref=hl .
-
- Siyasət
- 12 Dekabr 2014 11:14
-
- İqtisadiyyat
- 12 Dekabr 2014 11:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz