![Noyabr ayinda təkrar mənzil bazarinda qiymətlər 5% artib](https://turan.az/resized/media/2012/main/121400021580-750-500-resize.webp)
Noyabr ayinda təkrar mənzil bazarinda qiymətlər 5% artib
Noyabr ayında Təkrar Mənzil Bazarında (TMB) qiymətlər orta hesabla -5% artıb. Mütəxəssislərin hesablamalarına görə hal-hazırda TMB-da orta qiymət indeksi təxminən 1kv/m üçün-1020 ABŞ dollarından daha yuxarıdır. Son bir ayda ötən aylara nisbətən bazardakı aktivliyin artması və bağlanan əqdlərin dinamikasında da artım halları müşahidə edilmişdir. Qiymət artımı ən çox Yasamal, Yeni Yasamal, H. Aslanov, Əhmədli, İnşaatçılar, 8-km, 8 mk-dairəsi deyilən ərazilərdə daha çox müşahidə edilmişdir. Noyabr ayında otaqlar üzrə vəziyyət ötən aylardakı kimi qalmış, 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınmışdır. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1020 ABŞ dolları) yuxarı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,3%-ə malikdir.
Ekspertlər noyabr ayında TMB-da qiymətlərin artmasını əsasən İpoteka Kreditlərinə start verilməsi və eləcədə “ Qiş Bulvarı” salınan ərazilərdə yaşayan insanlara yeni mənzillər almaq üçün kompensasiyaların verilməsi ilə əlaqələndirirlər. Bu sahədə çalışan mütəxəssislərdən biri isə noyabr ayındakı vəziyyəti belə ifadə etdi: “Bu aylarda insanlar yeni tikililərə və tikilməsi üçün əlverişli mövsüm olmayan torpağa öz pullarını yatirtmaqdansa təkrar mənzillərə daha çox üstünlük verirlər və buda qış mövsümündə qiymətlərin qalxmasına mühüm təsir göstərir.” Ekspertlər eyni zamanda TMB-da mövcud olan bir sıra problemlərin xüsusilədə qiymətlərin hələdə normadan baha olması, maklerlərin qiymətlərə süni təsir imkanları, mənzil almaq üçün dövlət tərəfindən dəstəklənən sosial proqramlarının olmaması, ipoteka və digər kredit vasitələri ilə ev almaq şərtləriinin ağır olması kimi səbəbləri TMB-da aktivliyin artmasına mənfi təsir göstərən əsas səbəblər hesab edirlər.
Yaxın günlərdə bazarda nisbi aktivliyin müşahidə ediləcəyi, qiymətlərin isə nisbətən bahalaşmağa meyilli olacağı proqnozlaşdırılır.
-
- Siyasət
- 14 Dekabr 2012 17:52
-
- Bazarların icmalı
- 15 Dekabr 2012 02:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz