Noyabrda 52 ipoteka krediti verilib
Azərbaycan İpoteka Fondu yenidən kredit verməyə başlayıb.
AİF-in saytında verilən məlumata görə, noyabrda agent banklar 3,19 mln manat məbləğində 52 kredit verib. Xatırladaq ki, maydan noyabra kimi ipoteka krediti verilməyib və bu, 2006-cı ildən bəri yeganə durğunluqdur.
İyunda ipoteka krediti verilməsinin yeni qaydaları təsdiq edilib. Güzəştli ipoteka 30 illiyə (25 idi) 4%-lə, adi kredit 3-25 illiyə 8%-lə manatla verilir. Maksimum məbləği AİF müəyyən edir və o, Bakının 7-ci zonasında 100 kv m mənzildən baha olmamalıdır.
Güzəştli kredit mənzilin qiymətinin 85%-i, adi ipoteka krediti 75-85%-i qədər olur. Hər ay 35-40 yaşdan çox olmayan borcalan həyat sığortası müqaviləsi varsa, gəlirinin 70%-dən çox olmayaraq ödəniş edir.
Güzəştlilər şəhid ailələri, milli qəhrəmanlar və ailələr, məcburi köçkünlər, elmi dərəcəsi olan alimlər, əməkdar idmançılar, hərbi və dövlət qulluqçuları, 5 ildən çox stajl olan müəlimlərdir. Onlar bir dəfə kredit ala bilər.
Ötən il 97,2 mln manat ipoteka krediti verilib. İndiyədək
18 min 49 nəfərə 734 mln manat ipoteka krediti verilib. .--17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz