Noyabrda AVSMMİS üzrə 81 min müqavilə bağlanılıb
2013-cü ilin noyabrında İcbari Sığorta Bürosu üzvü olan şirkətlər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 80 min 795 sığorta müqaviləsi bağlayıblar. Bu, ötən ilin eyni dövründəkindən 9,2% çoxdur, - deyə Büronun saytı bildirir. Bunun 19,2 mini tranzit avtomobillər üzrədir.
İcbari Sığorta Bürosu üzvü olan şirkətlər AVSMMİS üzrə 6,3 mln manat əldə edib (il ərzində +4,5%).
Yanvar-dekabrda İcbari Sığorta Bürosu üzvü olan şirkətlər cəmi 65,4 mln manat məbləğində 856,3 min müqavilə bağlayıb Noyabrda bu növ üzrə orta üzvlük haqqı 78,6 manat olub. --17D—
-
- İqtisadiyyat
- 9 Dekabr 2013 11:59
-
- Cəmiyyət
- 9 Dekabr 2013 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz