Noyabrda birja valyuta dövriyyəsi 62,8% artıb
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2013-cü ilin noyabrında $39,960 mln və ya 31,343 mln manat olub. Bu, ötən ayla müqayisədə 62,8% çox, 2012-ci ilin noyabrı ilə müqayisədə yarıyacan azdır.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $2,664 mln, orta günlük dövriyyə $1,998 mln olub.
2013-cü ilin noyabrında BBVB valyuta bölməsinin hərraclarında 7 bank iştirak edib. Hesabat ayında BEST-də 40 hərrac sessiyası keçirilib və 15 əqd qeydiyyata alınıb.
On bir ayda birja valyuta dövriyyəsi 405,165 mln manat ekvivalenti olub. Bu, ötən ilin eyni dövründəkindən 40% azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında dəyişməyib və 1 USD üçün 0,7835 olub. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7843 AZN təşkil edib. oktyabrda o, 0,7844 AZN idi.
2013 -cü ilin noyabr ayında market meyker bankların 90 günlük Bakibor kreditlərinə sifarişlərinə əsasən nəzərdə tutulan orta aylıq faizli tarif manatla illik 10,64% və ABŞ dolları ilə illik 11,02% təşkil edib. 90 günlük BakiBİD tarifi manatla illik 5,08% və ABŞ dolları ilə 4,91% olub. --15D--
-
- İqtisadiyyat
- 6 Dekabr 2013 14:34
-
- İqtisadiyyat
- 6 Dekabr 2013 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz