Noyabrda ÜTT-yə qəbulla bağlı danışıqlar aparılacaq
Bu il noyabrın son həftəsində Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulu ilə bağlı növbəti çoxtərəfli və ikitərəfli danışılar keçiriləcək. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə bildirib.
O, Azərbaycanın ÜTT-yə qəbulunu real hesab etsə də, qəbulun nə vaxta təsadüf edəcəyini deməyib: “ÜTT-yə qəbul mütləq olacaq. Ancaq Azərbaycanın qəbulu danışıqlardan asılıdır. Bu, yalnız Azərbaycanın deyil, qarşı tərəfin də məsələsidir. Nə qədər tez danışıb, razılığa gəlsək üzvlük məsələsi də o qədər tez həll oluna bilər. Bu tərəflərin mövqeyindən asılıdır”.
M.Məmmədquliyev deyib ki, Rusiya 18 il danışıq apardıqdan sonra üzv qəbul olunub. “Baxmayaraq ki, böyük dövlətdir. Amma deyə bilmərəm ki, Rusiya çox yaxşı şərtlər götürüb”, - o qeyd edib .-03B-
-
- Mədəniyyət
- 14 Sentyabr 2012 14:00
-
- Siyasət
- 14 Sentyabr 2012 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz