LEVC TX5. Açiq mənbələrdən foto.
NRYTN Turan-ın informasiya sorğusuna mahiyyəti üzrə olmayan cavab verib
Bakı/02.09.20/Turan: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) nazirliyin “Bakı Taksi Xidməti” bölməsi ilə bağlı Turan agentliyinin 17 avqust 2020-ci il tarixli informasiya sorğusuna 14 gün sonra cavab verib.
NRYTN-nin cavab məktubunda deyilir: “Turan” İnformasiya Agentliyinin “LEVC TX” modelli taksilərin ölkəyə gətirilməsinin maliyyə şərtləri barədə informasiya sorğusu ilə əlaqədar bildiririk ki, “Taksi minik avtomobilləri parkının yenilənməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 100 ədəd “LEVC TX5” model taksi minik avtomobillərinin alınması üçün vəsait ayrılıb.
Cavabdan belə çıxır ki, nazirlik agentliyin informasiya sorğusunu cavablandırmaqdan çəkinir.
Sorğuda yalnız bir sual var idi:
1. 1.Taksilər hansı maliyyə şərtləri əsasında gətirilib (qiymət, kredit faizi, kreditin müddəti)?
Bu gün agentliyin direktoru Mehman Əliyev avqustun 17-də verilən suala konkret cavab verilməsi xahişi ilə NRYTN-ə məktub ünvanlayıb.
Bir qədər əvvəl agentlik biznes nöqteyi nəzərindən London taksilərinin alınmasının əlverişli olmasını şühbə altına alırdı.–0—
-
- Cəmiyyət
- 2 Sentyabr 2020 15:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz