Oktyabr ayinda təkrar mənzil bazarinda qiymətlər dəyişməz olaraq qalib
Oktyabr ayında Təkrar Mənzil Bazarında (TMB) qiymətlər dəyişməz olaraq qalıb. Qiymətlər ilin əvvəlinə nisbətdə orta hesabla-2% ucuzlaşıb, ötən ilin müvafiq dövrünə nisbətdə isə orta hesabla -2,2% bahalaşıb. Hal-hazırda TMB-da orta qiymət indeksi təxminən 1kv/m üçün-980 ABŞ dollarından daha aşağıdır. Qiymətlərin sabit qalmasına baxmayaraq , son bir ayda bazarda nisbi aktivlik müşahidə edilmişdir. Aktivlik Yasamal, Xətai, 8 mk-r dairəsi, Nərimanov-Gənclik ətrafı ərazilərdə daha çox hiss olunmuşdur. Aparılan araşdırmalar göstərirki, hal hazırda mənzil alanların 90% -ni mənzillərini dəyişdirənlər, 7%-ni ipoteka və kredit şərtləri ilə alanlar, yalnız 3-ni isə bir başa öz maddi ehtiyatları hesabına alanlar təşkil edir. Son bir ayda təklif üzrə 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib, 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (980 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,3%-ə malikdir.
Yaxın günlərdə TMB-da sabitliyin davam edəcəyi proqnozlaşdırılır. Lakin buna baxmayaraq İpoteka kreditlərinin veriləcəyi təqdirdə bazardakı aktivliyin güclənməsi, qiymətlərin isə bahalaşacağı istisna olunmur.
-
- Cəmiyyət
- 13 Noyabr 2012 14:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz