Oktyabrda Azərbaycan banklarının məcmu kapitalı 2,3% artıb
Oktyabrda Azərbaycan banklarının məcmu aktivləri 203,6 mln manat və ya 1% artaraq 19604,1 mln manata çatıb. İlin əvvəlindən bank aktivləri 18,6%, illik müddətdə 4125,9 mln manat və ya 26,7% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 noyabr üçün kredit qoyuluşu 14558,3 mln manat olub. Hesabat ayında o, 1,1% artıb. Son ildə iqtisadiyyatın kreditləşməsi 28,6% artıb.
Banklarda əhalinin əmanətləri oktyabrda 66 mln manat və ya 1,1% artaraq 6303,4 mln manata çatıb. Bu göstərici ilin əvvəlindən 23,3%, son 12 ayda 34,4% artıb.
Bankların ümumi kapitalı hesabat ayında 72,9 mln manat və ya 2,3% artaraq 3233,1 mln manat olub. İl ərzində bu göstərici 872,8 mln manat və ya 37% artıb. --15B--
-
- Siyasət
- 9 Dekabr 2013 14:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz