OPEK neft ixracından gəlir həcminə görə mütləq illik rekord qeydə alıb
OPEK neft ixracından gəlir həcminə görə mütləq illik rekord qeydə alıb - 1,26 trln dollar. Müvafiq məlumat dünən London neft birjasında yayılıb.
Bu, 2011-ci ildəkindən 10% çoxdur. O vaxt gəlir 1,15 trln dollar idi.
Ötən il gəlirdəki güclü artım Brent neftinin barrelinin yüksək qiyməti ilə bağlıdır - 111,70 dollar. O, OPEK ölkələrinin neftinin qiymətinin hesablanması üçün bazadır.
Liviyanın neft ixracından gəlirləri daha çox artıb: 2011-ci ildə 18,6 mlrd dollar, 2012-ci ildə 60,2 mlrd dollar. İranın neft ixracı isə xeyli azalıb. 2011-ci ildə 115 mlrd dollarlıq, ötən il 101 mlrd dollarlıq neft satılıb. Bu, ABŞ və Avropa İttifaqının İrana sanksiyaları ilə bağlıdır.
OPEK üzvü ölkələrin məcmu ÜDM-i ötən il 3,35 trln dollar olub. (2011-ci ildə 3 trln dollar).
Qərb analitikləri 2013-cü ildə Brent neftinin barrelinin $106 olacağını gözləyir, deyə http://www.biztass.ru məlumat verir. --0--
-
- İqtisadiyyat
- 3 Avqust 2013 15:38
-
- Siyasət
- 5 Avqust 2013 11:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz