Otellərin gəlirləri 0,4% artıb
2014-cü ilin I yarısında ölkədə 527 mehmanxanadan 79,8 mln manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövründəkindən 0,4% çoxdur.
Gəlirlərin 70%-i nömrə satışındandır. Dövlətstatkom I yarımildə otel biznesinin mənfəətliliyi barədə məlumatları açıqlamır.
Hesabat dövründə otellərdə 319 min nəfər yerləşdirilib. Bu, ötən ilin eyni dövründəkindən 0,5% çoxdur. Qonaqların 58,8%-i xarici ölkə vətəndaşlarıdır. Hesabat dövründə gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 711,8 min adam-gecə təşkil edib. Bunun 70,5%-i Bakının payına düşür.
Otellərdə orta qiymət 77,8 manat, Bakıda 125,9 manatdır.
Otelləri işçi sayı iyulun əvvəli üçün illik hesablamada 5,9% artaraq 8,1 min nəfər, onların orta aylıq gəliri 469 manat olub.
Bir sıra mütəxəssislər xarici turistlərin sayı və yerli turizmin dinamikası barədə rəsmi rəqəmlərə əsasən, bu sektorda gizli məqamların olduğunu bildirir. Yerləşdirmənin və xidmət haqqı ödənişlərinin bir hissəsi hesabata salınmır. Regionlarda belə hallar daha çoxdur.
İyulun 1-i üçün ölkədə nömrələrin sayı 16 876 vahid, birdəfəlik tutum 34731 çarpayı təşil edib. Yerlərin üçdə biri (11,8 min) Bakının payına düşür. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz