Ötən il hökumət 215,5 kq qızıl əldə edib
Maliyyə Nazirliyi ötən il 215,5 kq qızıl (2013-cü ildə 149 kq) alıb və AMB-yə təhvil verib.
Hökumətin məlumatına görə, «Gədəbəy» yatağından çıxarılan qızıl təmizlənmək üçün İsveçrənin MKS Finance S.A şirkətinə göndərilir.
Yanvarın 1-i üçün Azərbaycan hökumətinin qızıl ehtiyatları 37 min 132,7 Troya unsiyasıdır (1 155 kq), əyarı 999,9-dır.
2009-cu ilin mayında qızıl hasil edən Azerbaijan International Mining Company (AMIC) şirkəti «Gədəbəy» yatağını istismara verib. 2009-cu ilin iyulunda şirkət sənaye üsulu ilə qızıl çıxarmağa başlayıb. 2013-cü ilin 3-cü rübündə “Qoşa” yatağından qızıl çıxarılmağa başlayıb.
AMIC Anglo-Asian Mining PLC (R.V. Investment Group Services LLS tərəfindən təsis edilib) tərəfindən yaradılıb. O, Azərbaycanın 6 qızıl yatağının işlənməsinin operatorudur. Sazişə əsasən, bu yataqlardan 400 ton qızıl, 2500 ton gümüş, 1,5 min ton mis çıxarılmalıdır. --17D—
-
- Siyasət
- 9 Aprel 2015 18:48
-
- İqtisadiyyat
- 10 Aprel 2015 01:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz