Ötən ilin dövlət büdcəsinin icrası Milli Məclisdə müzakirə ediləcək
Hesablama Palatası dövlət büdcəsi gəlirlərinin vergi və digər gəlir mənbələri, tədiyyə və mülkiyyət növləri, habelə bir sıra iri dövlət vergi ödəyiciləri üzrə icra vəziyyəti, həmçinin neft və qeyri-neft sektorlarından daxilolmaların xüsusi çəkisi ilə bağlı vəziyyəti analiz edərək təsdiq edib və baxılmaq üçün Milli Məclisə tövsiyə edib, - deyə strukturun saytı məlumat verir.
Maliyyə Nazirliyinin məlumatına görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 17 mlrd 153,2 mln olub, proqnoza 88,2% əməl edilib. Büdcənin xərclər hissəsi 17 mlrd 786,8 mln (mənfi 15,7%) icra edilib Kəsir 633,6 mln manat (ÜDM-in 1,16%-i) təşkil edib.
Hesablama Palatası 7 dekabr 2001-ci ildə yaradılıb.
Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.
“İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir. --17D—
-
- İqtisadiyyat
- 18 May 2016 13:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz