Özəl çörək istehsalı müəssisələrinin sayı 14 vahid artacaq
Bakıətrafı kəndlər özünü çörəklə təmin edəcək və yaxın ərazilərdə çörək satacaq.
Bu, illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsalı müəssisəsinin tikilməsi sayəsində mümkün olacaq. Onların layihələrini Sahibkarlığa Kömək Milli Fondu təsdiq edib. Bu məqsədlə 6 mln manat ayrılıb.
Tikintisinə başlanmış "Xəzri TN" MMC belə müəssisələrdən biridir. Müasir texnologiyaların tətbiqi ilə Əhmədli qəsəbəsində gündəlik istehsal gücü 140 ton çörək istehsalı olan zavodun inşasına Fond tərəfindən ilkin mərhələdə 1 mln manat güzəştli kredit ayrılıb.
Ölkədə dövlətin güzəştli kreditləri hesabına illik istehsal gücü 156,3 min ton olan 14 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 13,1 mln manat ayrılıb.
Yeddi ayda SKMF 1546 investisiya layihəsini maliyyələşdirib. Bunun 332-si Bakı ətrafındadır. Cəmi 127,9 mln manat kredit ayrılıb. Bu kreditlər hesabına istixanalar, anbarlar, soyuducular, quşçuluq təsərrüfatları, ferma, mebel fabriki və s. tikilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, bu müəssisələrdə 6400 nəfər çalışacaq.
Türkanda müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 1,3 mln manat güzəştli kredit verilib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz