
Açıq mənbələrdən foto
Özünün vaqon təmiri bazası olan metropoliten özəl şirkətə 2 mln. manatdan artıq pul verib
Bakı/21.06.19/Turan: "Bakı Metropoliteni" QSC "Nəqliyyat Təmir-Təchizat" MMC ilə bir neçə vaqonun əsaslı təmirini nəzərdə tutan müqavilə bağlayıb. Bu müqavilədə qəribə olan odur ki, 2014-2017-ci illərdə metropoliten müasir vaqon təmiri sexi tikib, müqavilə tərəfi isə bu işlərdə ixtisaslaşmayıb.
Müqavilə uyunun 3-də bağlanıb, onun dəyəri isə 2 mln. 87,7 min manat ($1 228 min) təşkil edir.
Metropoliten nə qədər vaqonun və hansı müddətə təmir ediləcəyi ilə bağlı məlumatı gizlədir.
Mart ayında "Bakı Metropoliteni" QSC-nin idarə heyətinin sədri Zaur Hüseynov müsahibəsində bildirib ki, vaqon təmiri sexində 15 vaqon təmir edilib, təkmilləşdirilib və istismara verilib.
Bu ilin yanvar ayında "Bakı Metropoliteni" QSC və "Nəqliyyat Təmir-Təchizat" MMC avtomobillər üçün ehtiyat hissələri, maşın və mexanizmlərin alınmasına dair ümumilikdə 1 626,5 min manatlıq ($956 min) müqavilə imzalayıb.--0--
Rəy yaz