Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?
Bakı/21.06.19/Turan: İctimaiyyət güc qurumlarının rəhbərlərinin son dəyişməsinə nəyin səbəb olduğu və bunun nəticələrinin necə olacağı barədə hələ çox təxminlər yürütməli olacaq. Halbuki, müxtəlif siyasi qüvvələr və ekspertlər bu təyinatlarla bağlı çox da şərh vermir.
İlk görünən şey Ramiz Mehdiyevin - Prezident Administrasiyasının rəhbəri və dünənə qədər Təhlükəsizlik Şurasının Katibinin - mövqeyinin zəifləməsidir. Artıq o, güc qurumlarına təsirini itirir və bu sahə ilə bağlı qərarların qəbulunda həlledici rol oynaya bilməyəcək.
Ekspertlər hesab edirlər ki, Ramil Usubovun - Təhlükəsizlik Şurasının yeni rəhbərinə veriləcək (və ya verilməyəcək) səlahiyyətlərdən çox şey asılı olacaq. İndiyədək Təhlükəsizlik Şurası ştatı və müəyyən funksiyaları olmayan formal struktur olaraq qalırdı. Ölkənin ali rəhbərliyi ölkədə Amerika və ya Rusiya Təhlükəsizlik Şurasına bənzər orqan yaratmaq istəyəcəkmi? Əgər istəyəcəksə, Təhlükəsizlik Şurasının katibi real nüfuzlu fiqur olacaq.
Bu vəziyyətdə uduzan ikinci şəxs, əlbəttə ki, Mədət Quliyevdir. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən müdafiə sənayesi naziri yerinə keçən Quliyev artıq ölkənin dörd əsas güc qurumlarından birinin rəhbəri deyil və bu, hər şeyi açıqlayır.
Amma bir müddət əvvəl ləğv edilmiş nazirliyin yenədə bərpa edilməsi Quliyevin hakimiyyət qarşısındakı xidmətlərinə münasibətə dəlalət edir. Lakin onun işinin rəhbərliyi qane etmədiyi də şübhə doğurmur. Bunun səbəblərini təxmin etmək olar, amma peşakar zabit Əli Nağıyevin bu vəzifəyə təyin edilməsi dolayısıyla təsdiq edir ki, bu vəzifədə daha səriştəli rəhbər tələb olunur. Yeri gəlmişkən, bu, 2005-ci ildən sonra DTX rəhbəri vəzifəsinə kənardan deyil, bu qurumdan olan kadrın təyin edilmədiməsinin ilk halıdır.
Azərbaycanda müşahidəçilər hesab edirlər ki, bu dəyişikliklər hər-hansı ciddi islahatdan xəbər vermir. Çox güman ki, bu, hakimiyyətin əsas bir qrupunun daxilində "kartların" qarışdırılmasıdır. Bunun son kadr dəyişiklikləri olmadığı, tezliklə yeni səs-küy yaradan istefalar olacağı da istisna deyil. -02B-
-
- Mədəniyyət
- 21 İyun 2019 17:08
Söz istəyirəm
-
Azərbaycan hökümətinin 10 il bundan qabaq başladığı və bu günə qədər yarımçıq qalmış olduqca vacib bir islahatdan qısaca bəhs etmək istəyirəm.
-
Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Qaranlıq zirzəmilər olur. İşıq saçmalı olan insanlara küfr yağdırılır. Onların yeganə silahları parlaq ideyalarıdır. Onların yeganə suçu cəmiyyətdə dumanların altında gizlədilmiş həqiqətləri dartıb üzə çıxarmaq və onunla cəmiyyət üzvlərini tanış etmək cəsarəti ilə bağlıdır. Natiq Cavadlı bir jurnalist olaraq belə bir tarix şüuruna və maarifçi bir fəaliyyətə malik insan idi.
-
2025-ci ilin qarşılandığı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edildiyi müddətdə səfir Libby-nin bu mesajını sizinlə paylaşmaqdan məmnunuq.
-
Tanınmış hüquqşünas və media eksperti Ələsgər Məmmədli 2024-cü ilin mart ayından bəri saxlanıldığı həbsxanadan Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə vətəndaşlara müraciət edib. Valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunan Məmmədli bu ittihamları rədd edib və beynəlxalq media və insan hüquqları təşkilatları ittihamları siyasi motivli adlandırıb.
Rəy yaz