YUNESKO Şəkinin tarixi mərkəzini Dünya İrsi Siyahısına daxil edəcək
Bakı/21.06.19/Turan: Bakıda YUNESKO-nun Dünya İrsi Komitəsinin 43-cü sessiyasında Dünya İrsi Siyahısına daxil edilməsi üçün 36 ərizəyə baxılacaq.
İclas 30 iyun - 10 iyul tarixləri arasında Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayevin sədrliyi altında keçiriləcək.
Yeni obyektlərə baxış iyulun 5-də başlayacaq. Bir sıra təbii obyektlərin və mədəniyyət obyektlərinin, o cümlədən Azərbaycanın Şəki şəhərinin tarixi mərkəzinin Xan Sarayı ilə birlikdə Dünya İrsi Siyahısına daxil edilməsi təklif edilir.
Bundan başqa, qarşıda duran sessiyada Komitə Dünya İrsi Siyahısına daxil edilmiş 166 obyektin və təhlükə altında olan 54 obyektin vəziyyətinin təhlilini aparacaq.
* Dünya İrsi Komitəsi ildə bir dəfə toplanır və Dünya Mədəni və Təbii İrsinin Mühafizəsi haqqında Konvensiyanın iştirakçısı olan 21 ölkənin Baş Assambleya tərəfindən seçilmiş nümayəndələrindən ibarətdir. Komitə Dünya İrsi haqqında Konvensiyanın həyata keçirilməsinə görə cavabdehdir.
Dünya İrsi Siyahısına hazırda dünyanın 167 ölkəsində 1092 obyekt daxildir. -06D-
-
- Siyasət
- 21 İyun 2019 17:47
Mədəniyyət
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
-
YARAT Müasir İncəsənət Məktəbinin 2-ci buraxılış məzunları öz yaradıcı təxəyyüllərini “Sonluqdan Sonsuzluğa” adlı sərgi vasitəsilə tamaşaçılarla paylaşırlar.
-
Azərbaycanın zəngin mədəni irsi arasında teatr sənəti xüsusi yer tutur. Lakin bu irsin mühüm bir hissəsi olan bölgə teatrları uzun illər boyu paytaxt tamaşaçısından kənarda qalıb və tamaşaçı auditoriyası paytaxta nisbətən məhduddur. "Bölgə teatrlarının Bakı premyerası" layihəsi, bu boşluğu aradan qaldırmaq məqsədilə həyata keçirilərək, bölgə teatrlarını Bakı səhnəsinə daşımaqla həm yerli teatr sənətinə yeni nəfəs gətirir, həm də mədəniyyətlərarası dialoqu gücləndirir.
-
Tarix elmləri doktoru Cəmil Həsənlinin 2024-cü ilin son günündə “Təbriz-1946-cı il: Milli Hökumətin Zəfər və Faciəsi” kitabı çapdan çıxıb.
Rəy yaz