Gürcüstanda vəziyyət gərginləşməkdə davam edir
Bakı/21.06.19/Turan: Nümayişçilərin tələb etdiyi kimi, parlamentin spikeri İrakli Kobaxidzenin bugünki istefasına baxmayaraq, vəziyyət gərginləşməkdə davam edir. Minlərlə etirazçı Tbilisinin müxtəlif hissələrində yığışmağa davam edir və yeni mitinq keçirmək niyyətindədirlər. Onlar güc qurumlarının başçılarının istefasını tələb edirlər.
Yeni spiker seçilənə qədər parlamentin sədri vəzifəsini vitse-spiker Tamar Çuqoşvili icra edəcək.
Bu arada, DİN başçısı artıq istefa verməyə hazır olduğunu bildirib. Nümayişçilər Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin də istefasını tələb edirlər.
Tbilisidə kütləvi etirazlar, daha sonra isə polislə qarşıdurma beynəlxalq tədbirdə iştirak üçün Tbilisiyə gələn rusiyalı deputat Qavrilov Gürcüstan parlamentində görüldükdən sonra başlayıb. Gürcüstan müxalifəti onun Abxaziya separatçılarını dəstəklədiyini və onun Gürcüstana buraxılmasının hazırki ölkə hakimiyyətinin satqınlığı olduğunu bildirib. -02D-
-
- Mədəniyyət
- 21 İyun 2019 17:08
-
- Mədəniyyət
- 21 İyun 2019 18:16
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz