Rusiya XİN başçısı Tahir Salahovun sərgisini açıb
Moskva/21.06.19/Turan: RF xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada SSRİ, Rusiya və Azərbaycan xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgini açıb. Mərasim RF XİN-in Spiridonovkadakı iqamətgahında keçirilib.
"Tahir Salahova Moskvada sərgi keçirmək təklifini qəbul etdiyinə görə minnətdarlıq etmək istərdim, - deyə Lavrov bildirib. - İdeya mənim Bakıya səfərim zamanı ustadın sərgisini ziyarət etməyimdən sonra yaranıb, mənə elə gəlib ki, Moskvalılar bu əsərlərdən zövq ala bilməsi yaxşı olardı. Yaxşı ki, sərgi baş tutdu", deyə Lavrov bildirib.
"Məni sərgi ilə buraya dəvət etdiklərinə görə çox məmnunam, mənim üçün, demək olar ki, hər gün dünya və ölkənin həyatı ilə bağlı mühüm məsələlərin həll olunduğu bu mədəniyyət və dostluq məbədində olmaq böyük xoşbəxtlikdir. Cənab Lavrova və nazirliyin bütün əməkdaşlarına bir daha təşəkkür edirəm", deyə rəssam qeyd edib.
Ekspozisiyaya Salahovun Bakı neftçilərinə həsr olunmuş əsərləri, bəstəkarlar Qara Qarayev və Dmitri Şostakoviçin, balerina Olqa Rukavişnikovanın, qızı Aydanın portretləri, natürmortlar və interyerlər, "Çexoslovakiya", "İtaliya", "Amerika", "Hindistan", "Norveç"lə bağlı qrafik və rəsm silsilələri, "Odlar yurdu" triptixi daxildir.
Lavrov sərgiyə baxdıqdan sonra Salahova RF XİN-in idarə mükafatını - "Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə" nişanını təqdim edib.
Tahir Salahov sovet, Azərbaycan və Rusiya rəssamı, teatr rəssamı, pedaqoq, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir. -02D-
Mədəniyyət
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
-
YARAT Müasir İncəsənət Məktəbinin 2-ci buraxılış məzunları öz yaradıcı təxəyyüllərini “Sonluqdan Sonsuzluğa” adlı sərgi vasitəsilə tamaşaçılarla paylaşırlar.
-
Azərbaycanın zəngin mədəni irsi arasında teatr sənəti xüsusi yer tutur. Lakin bu irsin mühüm bir hissəsi olan bölgə teatrları uzun illər boyu paytaxt tamaşaçısından kənarda qalıb və tamaşaçı auditoriyası paytaxta nisbətən məhduddur. "Bölgə teatrlarının Bakı premyerası" layihəsi, bu boşluğu aradan qaldırmaq məqsədilə həyata keçirilərək, bölgə teatrlarını Bakı səhnəsinə daşımaqla həm yerli teatr sənətinə yeni nəfəs gətirir, həm də mədəniyyətlərarası dialoqu gücləndirir.
-
Tarix elmləri doktoru Cəmil Həsənlinin 2024-cü ilin son günündə “Təbriz-1946-cı il: Milli Hökumətin Zəfər və Faciəsi” kitabı çapdan çıxıb.
Rəy yaz