Stefan Şennax iyulun 3-7-də Azərbaycanda səfərdə olacaq
Bakı/21.06.19/Turan: AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax iyulun 3-7-də Bakıda olacaq.
Deputatlar Turan-a bildiriblər ki, o, Azərbaycandan Gürcüstana gedəcək, orada yerli seçki administrasiyalarının fəaliyyətinə həsr olunmuş seminarda iştirak edəcək.
S.Şennax Bakıda Azərbaycanın rəsmi şəxsləri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri ilə görüşəcək.
S.Şennax həbsdə olan jurnalist Əfqan Muxtarlının işi ilə xüsusi maraqlanmaq niyyətindədir.
Digər həmməruzəçi, britaniyalı deputat Rocer Qeyl məşğul olduğu üçün gələ bilməyəcək, Şennax bildirib.
Həmməruzəçilərin missiyası Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin icrasının, həmçinin demokratik institutların fəaliyyətinin monitorinqindən ibarətdir.
Onlar mövcud problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələrə və nəticələrə dair hesabatları vaxtaşırı assambleyaya təqdim edirlər.-16B06--
-
- Mədəniyyət
- 21 İyun 2019 18:16
-
- Siyasət
- 21 İyun 2019 21:44
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz