Pambıq sahələri 8,4% azalıb
Bu il Azərbaycanda 21 070 ha sahədə pambıq əkilib. Bu, 2013-cü ildəkindən 2 min ha və ya 8,4% azdır. Azalma dövlət dəstəyinin olmaması fonunda 2009-cu ilin səviyyəsinə uyğun gəlir.
Nəticədə məhsul istehsalı da azalıb. Pambıq şirkətləri öz gücü ilə vəziyyətdən çıxmağa çalışır. Bu il “MKT İstehsal Kommersiya” MMC 6000 ha-dan pambıq yığmaq istəyir Bunun yarısı onun öz plantasiyalarında əkilib.
Şirkət hər il əl əməyindən asılılığı azaldır. Bu il pambıq yığımında mexanikləşmə 60%-ə çatacaq. Şirkətin 30 pambıqyığan kombaynı var, deyə “MKT İstehsal Kommersiya” MMC-də Turan-a bildiriblər. Şirkət Biləsuvarda 1200 ha taxıl sahəsini uzunmüddətli icarəyə götürüb. Burda növbəli əkin kimi pambıq becəriləcək.
Bu il pambıq şirkətləri satınalma qiymətlərini dəyişməyib. Dörd ildir, pambığın tonu 420-450 manatdır. Pambıq şirkətlərində hesab edirlər ki, kənd təsərrüfatının vergidən azad edilməsi (torpaq vergisi istisna) tam dövlət dəstəyi demək deyil. Məsələ burasındadır ki, pambıq şirkətləri əlavə dəyər vergisi və başqa vergilər ödəməli olur, bu isə rentabelliliyə mane olur.
2013-cü ildə 23,5 min ha sahədə pambıq əkilib. Bu, bir il öncəkindən 19,6% azdır. Cəmi 44,8 min ton məhsul (-21,4%) yığılıb. --08B—
-
- Cəmiyyət
- 9 İyun 2014 17:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz