Parabank-ın xalis mənfəəti 3,6 dəfə artıb
"Parabank" ASC 2013-cü ilin I yarısında 1,3 mln manat vergi ödəniləndən sonra xalis mənfəət əldə edib. Bu, 2012-ci ilin eyni dövründəkindən 3,6 dəfə çoxdur. Bankın gəlirləri 10,26 mln manat, xərcləri 8,77 mln manat olub.
Yanvar-iyunda aktivlər 3,6% artaraq 113,49 mln manat təşkil edib. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 4,7% artaraq 79,61 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 90,11 mln-dan 92,92 mln manata artıb. Depozit portfeli 3,6% genişlənərək 65,97 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 3,5% artaraq 61,73 mln manat olub.
Balans kapitalı 5,6% artımla 20,58 mln manat, məcmu kapital 2,4% artaraq 17,33 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 11,57 mln manat səviyyəsində qalıb. --15B--
-
- Siyasət
- 6 Avqust 2013 16:30
-
- İqtisadiyyat
- 6 Avqust 2013 17:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz