Paşa Bank nizamnamə kapitalını 228 mln manata çatdırıb
İyulun 30-da ölkənin aparıcı banklarından biri olan Paşa Bankın nizamnamə kapitalının 50 mln. manat və ya təxminən 30% həcmində artması qeydə alınıb.
Bankdan verilən məlumata görə, əvvəl 178 mln. manat təşkil edən nizamnamə kapitalının artırılması səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçirilib.
Beləliklə, Bankın nizamnamə kapitalı 228 mln manata çatıb və o, Azərbaycanın ən kapitallaşdırılmış özəl bankına çevirilib.
"Paşa Bank" ASC 2007-ci ilin iyun ayında yaradılıb və Azərbaycan Mərkəzi Bankının 2007-ci il 28 noyabr tarixli №250 lisenziyası əsasında fəaliyyət göstərir. Bankın əsas məqsədi – korporativ müştərilərə xidmət siqmentində liderliyi möhkəmləndirmək, prioritet istiqamətlər, müəyyən strategiyalar üzrə keyfiyyətli biznes artımı, həmçinin uzunmüddətli və etibarlı münasibətlərin yaradılması və daimi inkişafıdır. Hazırda bankda 207 nəfər çalışır. "EuropeBankingAwards 2011" və "EuropeBankingAwards 2012" çərçivəsində "Azərbaycanın ən yaxşı investisiya bankı” elan edilib. Paşa Bank Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan Paşa şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da Paşa şirkətlər qrupuna daxildir. —15D--
-
- İqtisadiyyat
- 2 Avqust 2013 12:58
-
- Siyasət
- 2 Avqust 2013 14:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz