Pensiyaların ilk avtomatik pensiya təyinatı həyata keçirilib
Azərbaycanda 82 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, bunun üçün “190-0 Cağrı Mərkəzi” nə zəng edərək, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat vermək kifayətdir.
31 iyul 2013-cü il tarixə olan statistikaya əsasən, ötən ayın 20 günü ərzində DSMF-nin “190-0 Cağrı Mərkəzi”nə 401 müraciət daxil olub. Müraciət edən vətəndaşlardan 82 nəfərinə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onların 31-i Bakı, 51-i rayon sakinləridir. Avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği, eyni zamanda öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı bildirilib.
Digər müracət edən 319 nəfərin əksəriyyəti 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları Fondun orqanlarına təqdim etməmələri səbəbindən onlara avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmayıb. DSMF bir daha vətəndaşlardan özlərinin 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları Fondun orqanlarına təqdim etmələrini xahiş edir.
Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı çərçivəsində 1 iyul 2013-cü ildən başlayıb. --17D—
-
- Siyasət
- 2 Avqust 2013 12:45
-
- İqtisadiyyat
- 2 Avqust 2013 14:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz