Paşa Holdinq dağıdıldı
Bu gün səhər saatlarında Azərbaycanın ən böyük holdinqlərindən biri olan Paşa Holdingin saytına haker hücumu olub. Belə ki, “m4y0r” adlı xaker, saytın ana səhifəsini ələ keçirərək mesaj qoyub. “ Saytları vurmaqda məqsədim, sözümu hamıya çatdırmaqdır. Hər diplom alan savadlı deyil. Hansı şirkətə işə gedirsən ya iş yoxdur, ya ya yuxarı vəzifədə işləyən tanışın olmalıdır. Mənim diplomum yoxdur deməli işsiz qalmalıyam?! PAŞA Holdinqin saytlarına gəldikdə isə proqramistləri bilikdə məndən zəifdilərsə onda mənim günahım nədir?!”
Qeyd edək ki, Paşa Holdinq şirkətlər qrupuna daxil olan pashaholding.com saytı haker hücumuna məruz qalıb. Digər saytlar isə öz fəaliyyətlərini davam etdirirlər. -0-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz