PaşaBank-ın xalis mənfəəri 37,5% azalıb
"PaşaBank" ASC 2013-cü ilin 3 rübündə vergi ödəniləndən sonra 7,21 mln manat xalis mənfəət əldə edib. Bu, 2012-ci ilin eyni dövründəkindən 37,5% azdır. Bankın gəlirləri 54,06 mln manat, xərcləri 46,85 mln manat olub. Onlar 13,9% və 30,2% artıb.
Aktivlər yanvar-sentyabrda 7,3% azalaraq 687,89 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 29,6% artaraq 363,97 mln manata çatıb.
Depozit portfeli 30,3% azalaraq 318,32 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 36% azalaraq 123,97 mln manat olub.
Məcmu kapital 32,1% artaraq 235,18 mln manatı keçib, ödənilmiş nizamnamə fondu 45,2% artaraq 228 mln manata çatıb. --15B--
-
- Cəmiyyət
- 7 Noyabr 2013 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz