PASHA Həyat Sığortanın imkanları artıb
«PASHA Həyat Sığorta» ötən il 54 mln 526 min manat sığorta haqları (+30% və ya 12 mln 623 min) toplayıb.
Şirkətin press-relizində deyilir ki, il ərzində sığorta ödənişləri 5 dəfə artaraq 16 mln 350 min manat təşkil edib. Şirkətdəki ödəniş artımı həyat yığım sığortası, kredit sığortası və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərin artması ilə əlaqələndirilir.
«PASHA Həyat Sığorta»nın nizamnamə kapitalı 40,25 mln manatdır. 14 fevral 2011-ci ildə yaradılıb. Yeganə səhmdarı PASHA Holdingdir. --17D—
-
- Cəmiyyət
- 19 Yanvar 2016 13:03
-
- İqtisadiyyat
- 19 Yanvar 2016 13:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz