Özəlləşmənin yavaşıması davam edir
2015-ci ilin yanvar-dekabr aylarında 685 kiçik dövlət müəssisə və obyekti (o cümlədən nəqliyyat vasitələri) özəlləşdirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanvarın 18-dəki kollegiya iclası barədə press-relizində bildirilir.
Ötən il həmçinin 456 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Pul hərracında 20 səhmdar cəmiyyətin, investisiya müsabiqələrində 5 SC-nin səhm zərfi satılıb.
ƏMDK-nin məlumatında heç nə deyilməsə də, məlumdur ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi müsabiqəsiz keçirilir. Bütün obyektlər start qiymətinə satılır. ƏMDK 2015-ci ildə özəlləşmədən əldə edilən gəlirləri açıqlamır.
Ümumən 2015-ci ildə özəlləşmə yavaşımaqda davam edib. Satılan kiçik müəssisə və obyektlərin sayı 2014-cü illə müqayisədə 11%, torpaq sahələri 30%, SC-lərin səhmləri 40% azalıb.
“2016-cı ilin dövlət büdcəsi haqqında» qanunun tətbiqi haqqında fərmanda dövlət başçısı ƏMDK-yə tapşırıb ki, özəlləşməni sürətləndirsin. Yanvarın 18-dəki iclasda prezident İlham Əliyev hökumət tapşırıb ki, dövlət əmlakının özəlləşməsinin yeni proqramını hazırlasın. 08D
-
- İqtisadiyyat
- 19 Yanvar 2016 13:20
-
- İqtisadiyyat
- 19 Yanvar 2016 13:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz