Alfa Sığortanın AVSMMİS lisenziyası bərpa edilib
AVSMMİS üzrə xidmət göstərəcək şirkətlərin sayı 12-yə çatıb.
Bu, Maliyyə Nazirliyi tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə fəaliyyət göstərmək üçün lisenziyası bərpa ediləndən sonra olub. Şirkətin məlumatında deyilir ki, o, yanvarın 18-dən etibarən bu xidmətləri göstərmək hüququ əldə edib.
Xatırladaq ki, 2012-ci ilin iyulunda Maliyyə Nazirliyi bu şirkətin lisenziyasını ləğv etmişdi.
«AlfaSığorta» 1997-ci ildən fəaliyyət göstərir. Yeganə səhmdarı ВankTexnikе-dir. Şirkət 33 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. --17D—
-
- İqtisadiyyat
- 19 Yanvar 2016 13:34
-
- İqtisadiyyat
- 19 Yanvar 2016 14:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz