Yerli şirkətlər tenderdə 20% güzəşt əldə edəcək
Bu gün Milli Məclis yerli istehsala dəstək üçün "Dövlət satınalmaları haqqında" Qanuna dəyişiklik edib.
Dəyişikliklər tender təkliflərini qiymətləndirilərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəşt nəzərdə tutur. Amma yerli istehsalçıların malları keyfiyyət tələblərinə cavab verməlidir.
İndiyədək bu cür güzəştlər Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə edilirdi. 2015-ci ildə «Güzəşt həcmi və onun tətbiqi qaydaları»na dəyişikliyə əsasən, yerli mallar (işlər və xidmətlər) tədarükçülərinə maksimal güzəşt işçilərin sayından asılı olaraq 10-15% ola bilərdi.
Maraqlıdır ki, dövlət satınalmalarında belə güzəştlər tətbiq edilməyib. 08D
-
- İqtisadiyyat
- 19 Yanvar 2016 13:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz