Pərkəndə satış 9,7% artıb
Bu ilin 10 ayında pərakəndə satış həcmi 15,6 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 9,7% çoxdur. Dövlətstatkomun hesablamasına görə, qeyri-ərzaq mallarının satışı 4% artaraq 48,2%-ə çatıb.
DSK-nın ticarət şöbəsində Turan-a bildiriblər ki, pərakəndə ticarət strukturunda ərzaq mallarının satışının azalması əhalinin istehlaka münasibətinin dəyişməsi ilə bağlıdır. «Son 10 ildə ictimai iaşə müəssisələrinin əhatə və həcmi artıb. Bir çox ailələr hazır yemək alır və ərzağa az pul verir.
Pərakəndə satış barədə informasiya ticarət subyektlərindən alınan statistik məlumatlar əsasında formalaşır. Ekspertlərə görə, bu məlumatları ciddi qəbul etmək olmaz. Çünki əmtəə dövriyyəsi barədə baza informasiyası yanlışdır. Azərbaycanda pərakəndə satış haqda informasiya hüquqi şəxslərdən (12,2%), yarmarka və bazarlardan (38%) və fiziki şəxslərdən (49,8%) əldə edilir. Ticarətçilər real satış həcmini gizlədir. Ərzaq və qeyri-ərzaq malların nisbətini onlar yerli orqanlara istədiyi kimi verir. 08D
-
- İqtisadiyyat
- 12 Noyabr 2013 16:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz