PETKIM Türkiyənin ən iri limanının səhmlərinin bir hissəsini satır
Petlim Limancılık şirkətinin səhmlərinin bir hissəsi özəlləşdirilməyə çıxarıla bilər. Bu barədə SOCAR Turkey Enerji rəhbəri Kənan Yavuz bidirib, deyə Türkiyənin "Star" qəzeti məlumat verir.
Yavuzun sözlərinə görə, şirkət Goldman Sachs ilə Petlim Limancılık A.Ş-nin səhmlərinin bir hissəsinin satılması üzrə danışıqlar aparır.
SOCAR Turkey Enerji rəhbəri qeyd edib ki, səhmlərin 25%-i özəlləşdiriləcək.
"Petlim Limancılık səhmlərinin satışı Türkiyədə ən böyük limanın tikintisində maliyyə çatışmazlığı ilə bağlı deyil", - deyə Yavuz bildirib.
Əvvəllər ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirmişdi ki, konteyner limanı 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlinə hazır olacaq.
Onun sözlərinə görə, layihə çərçivəsində maliyyə mənbəyi və podratçılar məlumdur. Yeni liman Petkim-ə əlavə gəlir gətirəcək. Layihənin qiyməti $400 mln-dur. 2013-cü ilin martında Petkim və Niderlandın APM Terminals şirkəti limanın tikintisi üzrə saziş bağlayıb.
Limanı APM Terminals idarə edən zaman onun gücü Aslancak limanından 50% çox olacaq. Bazardan asılı olaraq onun gücü 3 mln konteynerə qədər artırıla bilər. APM Terminals limanı 28 il idarə edəcək..--0--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz