Pivə istehsalçılarının avqust yoxlamaları lazımdırmı?
İqtisadiyyat və Sənaye Nazirliyinin saytında bildirilir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti düzgün markalanmamış pivə istehsalı faktı aşkarlayıb.
İSN bildirir ki, Salyan rayonunda fəaliyyət göstərən "Salyan Qida Məhsulları" İKŞ-nə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal olunduğu müəyyən edilib.
Həmçinin müəssisədə pivə istehsalının reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, sənədli şəkildə təsdiqlənmədiyi halda istehsal olunan pivələrin qablarının arxa tərəfindəki məlumatlarda ən yüksək keyfiyyətli pivə çeşidlərindən biri olması barədə qeyri-dəqiq reklamın verildiyi aşkar olunub.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Analoji qərar dünən "Yevlax-Qida" MMC barədə çıxarılıb.
Pivə mövsümü mayda başlayır. Amma Dövlət Xidməti tədbirlərə avqustda başlayıb. Bunun isə səmərəsi az olacaq. Həmçinin adətən, kiçik və orta sahibkarlar hədəfə alınır, inhisarçılara qarşı heç vaxt tədbirlər görülmür. –17D—
-
- Siyasət
- 21 Avqust 2014 15:44
-
- İqtisadiyyat
- 21 Avqust 2014 16:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz