Prezident İlham Əliyev: «SOCAR özəlləşdirilməyəcək»
Azərbaycan hakimiyyəti neftin qiymətinin enməsi şəraitində milli valyutanın saxlanması üçün əlavə səylər göstərmək niyyətində deyil və öz strateji aktivi - Dövlət Neft Şirkətini (SOCAR) özəlləşdirməyəcək. Bunu prezident İlham Əliyev Davos Forumu kuluarlarında RİA Novosti-yə deyib.
Neft gəlirləri Azərbaycan ixracının 90%-ə qədərini təşkil edir və milli valyuta manat neftin qiymətinin dörd dəfə enməsi fonunda iki dəfə devalvasiyaya uğrayaraq dollara nisbətdə 50%-dən çox dəyərdən düşüb.
“Manata gəlincə, düşünürəm ki, nə lazımdırsa biz artıq etmişik. Zənnimcə, hökumət gələcək heç bir addım atmayacaq. Bugünkü məzənnə neftin indiki qiyməti nəzərə alınmaqla stabildir. Əgər neft enməkdə davam edərsə manata bundan ziyan dəyəcəyini düşünmürəm. Hazırda bu, ədalətli məzənnədir”, - İ.Əliyev bildirib.
Bu yaxınlarda Azərbaycanda elan edilən genişmiqyaslı özəlləşdirmədə Rusiya şirkətlərinin iştirakı ilə bağlı sualın cavabında dövlət başçısı deyib ki, Rusiya onun ölkəsinin yaxın dostudur. “İstəsə, yalnız şad olarıq. Hələlik müraciət olunmayıb, biz yeni elan etmişik”, - o vurğulayıb.
İ.Əliyevin sözlərinə görə, “şirkətlərin siyahısı (özəlləşdirmə üçün) tezliklə müzakirəyə çıxarılacaq”.
“SOCAR dövlətin mülkiyyətində qalacaq, çünki onun strateji aktividir”, dövlət başçısı qeyd edib.—06D--
-
- İqtisadiyyat
- 22 Yanvar 2016 12:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz