Qeyri-neft ixracı 8,4%
2015-ci ildə Azərbaycanın qeyri-neft ixracatı $1 606,7 mln təşkil edib. Bu, ötən ilkindən 8,4% azdır. Beləliklə, təkcə neft-qaz xammalı və neft məhsulları yox, qeyri-neft sənayesi mallarının ixracatı da azalır.
Gömrük Komitəsinin məlumatına görə, neft ixracatı azaldığı üçün ixracat strukturunda qeyri-neft ixracatının payı 14%-ə çatıb.
2015-ci ildə Azərbaycandan $11 mlrd 424,4 mln məbləğində mal ixrac edilib. Bu, 2014-cü ildəkindən 47,6% azdır. Təkcə dekabrda ixracat $805,3 mln olub. Bu, noyabrdakından $48,8 mln azdır.
İdxala gəlincə, ötən il xaricdən mal alınmasına $9 mlrd 221,4 mln xərclənib. Bu, 2014-cü ildəkindən 0,36% çoxdur, deyə DGK bildirir.
Hələlik Azərbaycanın xarici ticarət dövriyyəsinin saldosu müsbətdir - $2,2 mlrd. Amma bir çox müstəqil ekspertlərə görə, mal idxalına gömrük bəyannaməsində göstəriləndən xeyli çox valyuta xərclənir. Belə ki, idxal eidlən malların çoxu gömrükdə rəsmi uçota alınmır. 08D
-
- İqtisadiyyat
- 22 Yanvar 2016 12:41
-
- İqtisadiyyat
- 22 Yanvar 2016 13:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz