Adambaşına ÜDM üçdə bir azalıb
2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul 54 mlrd 352,1 mln manat olub. Dövlətstatkoma görə, ümumi qiymətlərlə ÜDM 1,1% artıb.
Turan-ın hesablamasına görə, sabit qiymətlərlə 2015-ci ildə Azərbaycanda ÜDM 7,9% və ya 4,6 mlrd manat azalıb.
DSK ÜDM istehsalının həcmini ABŞ dolları ilə də hesablayıb - $52 mlrd 969,6 mln.
DSK-ya görə, 2015-ci ildə Azərbaycanda adambaşına ÜDM 0,1% azalaraq, 703,7 manat olub. Həmin rəsmi məlumata görə, 2014-cü ildə adambaşına ÜDMcari qiymətlərlə 7 092,8 manat olub.
ABŞ dolları ilə adambaşına ÜDM 2015-ci ildə $5 558,7 olub. Yəni $2427,3 və ya 30,4% azalıb. Müqayisə üçün deyək ki, Azərbaycan bu göstərici ilə 2010-cu ilin səviyyəsinə düşüb ($5798).
Qeyri-neft sektorunda ÜDM istehsalı 1,1% artaraq 37,6 mlrd manata çatıb. ÜDM strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 69,3% olub. Amma bu, əsasən neft sahəsindəki azalmanın nəticəsidir.
Azərbaycanın ÜDM-i manat ifadəsində 2012-ci ilin səviyyəsinə (53,2 mlrd manat) düşüb. 08D
-
- İqtisadiyyat
- 22 Yanvar 2016 12:45
-
- Cəmiyyət
- 22 Yanvar 2016 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz