«Qafqaz İnkişaf Bankı» və ’Atrabank»a kompensasiya verilməsi vaxtı müəyyən edilib
“Qafqaz İnkişaf Bankı” və ’Atrabank”a kompensasiya verilməsinə avqustun 22-dən başlanılacaq, - deyə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Turan-ın məlumatına görə, kompensasiyalar adıçəkilən banklar vasitəsilə veriləcək.
Fondun məlumatına görə, Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat veriləcək.
«Fond qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək” – deyə məlumatda bildirilir.
Xatırladaq ki, “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın lisenziyası 27 yanvar 2016-cı ildə ləğv edilib.
Avqustun 16-da Bakı İnzibati-İqtisadi Məhkəməsininnin qərarı ilə Əmanətlərin Sığortalanması Fondu “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın ləğvedicisi təyin edilib. –77D-
-
- İqtisadiyyat
- 19 Avqust 2016 16:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz