«Şahdəniz» yatağından Neft Fonduna vəsait daxil olmur
2016-cı ilin yanvar-iyulunda Neft Fonduna “Şahdəniz” yatağından mənfəət qazı satışından mədaxil $64 mln olub.
Qeyd edək ki, ikinci aydır ki, Neft Fondu “Şahdəniz” yatağından gəlirlər qrafasında “sıfır” göstərir. Sonuncu dəfə mayda $19 mln gəlir olub.
Aydındır ki, hazırda “Şahdəniz 1” layihəsi çərçivəsində mənfəət (sutkada 30 mln kubmetr qaz və 50 min kubmetr kondensat) “Şahdəniz-2” layihəsi çərçivəsində iri investisiyaların ödənilməsinə xərclənir. Amma PSA saziş şərtlərinə əsasən, dövlət və ya şirkət üçün “sıfır” mənfəət yolverilməzdir. Turan Agentliyinin bu barədə Neft Fonduna sorğusuna cavab olaraq bildiriblər ki, SOCAR və BP qarşısında məsələ qaldırılıb və rəsmi cavab gözlənilir.
ARDNF-nin məlumatına görə, “Şahdəniz” yatağından hasilat başlayandan 1 avqust 2016-cı ilə kimi mənfəət qazı satışından Neft Fonduna mədaxil $2 mlrd 506 mln olub.
“Şahdəniz” yatağının işlənməsi üzrə saziş 4 iyun 1996-cı ildə bağlanılıb.
Səhmdarlar bunlardır: BP (operator - 28,8%), TPAO (19%), Petronas (15,5%), SOCAR (10%), LUKoil (10%), NICO (10%) və SGC (6,7%). –12B--
-
- İqtisadiyyat
- 19 Avqust 2016 16:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz