Qafqaz İnkişaf Bankının nizamnamə fondu 34 mln manata çatıb

"Qafqaz İnkişaf Bankı" ASC-nin 200 min manatlıq səhmləri çərşənbə günü Bakı Fond Birjasında yerləşdirilib. 

Nominalı 1 manat olan 40 mln adi sənədsiz adlı səhmin emissiyası ötən ilin dekabrında qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər bir əqd çərçivəsində (bir investor) satılıb. Anderrayter ""Chelsi Kapital" MMC-dir.

Bu günə elan edilən emissiyanın 48%-i (19,2 mln manat) yerləşdirilib. 

Qanunvericiliyə əsasən, səhmlərin yarısı yerləşdirilərsə, emissiya baş tutmuş sayılır. Beləliklə, ödənilmiş nizamnamə fondu 34 mln manata çatıb. 

Bankın səhmdarları 1 hüquqi və 12 fiziki şəxsdir. Əvvəllər bankın səhmdarları 10 nəfər idi, 3 yeni səhmdar gələndən sonra Bankın əsas səhmdarı, Müşahidə Şurasının sədri Eldar İsmayılovun payı 57,3%-dən 45,9%-ə azalıb. --15B--

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti